“Neftçi” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Turan Tovuz”a məğlub oldu – 0:1.
“Ağ-qaralar”ın Tovuzda uduzması, görünür, heç də bütün futbolçuların əhvalını korlamayıb.
Belə olmasaydı, komanda üzvləri Bakıya qayıdan saatda İsmayıl Zülfüqarlı avtobusda oturub, ad günü ilə bağlı paylaşım etməzdi.
Yeri gəlmişkən, gənc futbolçunun doğum günü Peşəkar Futbol Liqasının saytında aprelin 16-sı kimi göstərilsə də, o, aprelin 19-da paylaşım edərək, təbrikləri qəbul edib, nişanlısına hədiyyəsinə görə təşəkkürünü bildirib.
Ad günü keçirmək yaxşıdır. Bunu komanda uduzan gün nümayişkaranə şəkildə etməyin nə dərəcədə doğru olduğunu “Neftçi”nin baş məşqçisi ilə klubun rəhbərliyi daha yaxşı bilir.
HƏBİB / SPORTİNFO.AZ

