AFFA İntizam Komitəsinin “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırmasının səbəbi məlum olub.
Klub rəhbəri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (1:0) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, referi Rəşad Əhmədova və köməkəçilərinə aqressiv formada etiraz eləyib.
O, ilk hissədə ev sahiblərinin qapısına təyin edilən penaltinin, həmçinin Xulu Siyandaya göstərilən ikinci sarı vərəqənin ləğvinə əsəbi münasibət sərgiləyib.
Hakimlərin olduğu otağa keçmək istəyən K.Quliyevin önünü polis əməkdaşları kəsib. Hirsi soyumayan prezident “Neftçi“nin əleyhinə qərəzli qərarların verilməsini iddia edib.
R.Əhmədov isə “məndən nə istəyirsiz, nə deyirsiz“ söyləyərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarından təhlükəsizliyinin təmin olunmasını istəyib.
K.Quliyev tərəfindən fiziki təzyiqə məruz qalacağından ehtiyatlanan baş hakimi yanındakılar sakitləşdirib.
Kamran Quliyev Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat ziyana salıb. Ona 6 aylıq sınaq müddəti təyin edilib.
SPORTİNFO.AZ

