“Neftçi”dən “Sportinfo”ya AÇIQLAMA VERİLDİ: “Bir neçə təklif almışıq”

21 Aprel 2023 20:40 Neftçi 2 218
“Neftçi”dən “Sportinfo”ya AÇIQLAMA VERİLDİ: “Bir neçə təklif almışıq”

“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qambay Vəzirov küçəsi, 2 a ünvanında yerləşən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Neftçi Futbol Akademiyası”nın inzibati binasının ümumi tikinti işləri ilə əlaqədar satınalmalar üzrə açıq tender başlayıb.

2 mərtəbə və 1 zirzəmidən ibarət, ümumi sahəsi 1637.4 kv.m. olan layihədə tikinti işlərinin tamamlanması, fasad işləri, daxil bəzək işləri, havalandırma və isitmə-soyutma sistemi, qazanxana və istilik şəbəkəsi, kommunikasiya sistemi (su, qaz, elektrik və s.), təhlükəsizlik sistemi (yanğın, müşahidə və s.), elektrik avadanlığı və texnikası, həmçinin mebelləşdirmə kimi işlər nəzərdə tutulub.

Paytaxt klubunun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında artıq bəzi təkliflər aldıqlarını bildirib:

“Bir neçə şirkət tenderə qatılmaq üçün bizə müraciət ünvanlayıb. Hazırda tender davam edir.

Tender sırf akademiya binasının tikintisi ilə bağlıdır. Buranın inşaatının ilin sonunadək başa çatdırılması planlaşdırılır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!