“Neftçi”dəkilərə sual verdi: “Söyüm, yoxsa özünüz özünüzü söyürsüz?”
“Neftçi” yenə məğlub oldu.
Ötən həftə Premyer Liqanın 30-cu turunda doğma meydanda “Qəbələ”yə boyun əyən (1:2) bakılılar bu dəfə eyni aqibəti Tovuzda yaşadı.
Elitaya bu il yüksələn bölgə təmsilçisi ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində 1:0 hesabı ilə qələbə qazanmaqla “Neftçi”nin finala yüksəlmək şansını çətinləşdirdi.
Çempionluğu əldən verən, gümüş medal şansını şübhə altına salan “ağ-qaralar”ın kuboku da əldən verməsi faciəyə bərabər olacaq.
Elə buna görə də “Neftçi” azarkeşləri indidən üsyan edir, komandanın Tovuzdakı yenilgisini həzm etmir.
Klubun sosial şəbəkə hesablarına yazılan izləyici rəyləri həm ürək dağlayır, həm də ölkənin ən köklü klubu adına təəssüf doğurur:
“Rədd olub, istefa verin, şərəfsizlər”.
“Heç kim futbol oynamır. Klub rəhbərliyi qarışıq hamısını göndərmək lazımdır”.
“Regeni elə axşam ikən rədd edin getsin”.
“Komanda 0:1 yox, 0:2 hesablı məğlubiyyətə layiq idi. Utanıb ölün!”
“Biabırçılıqdır. Bu rəhbərliklə oyunçular rədd olub getsin”.
“Səriştəsiz rəhbərlik”.
“Rumıniyalı öz “otxod” futbolçularını yığıb, Gürcüstan sərhədini keçib getsin. Heyf “Neftçi”dən”.
“Kamran Quliyev və Zaur Əzizov, “Neftçi”ni saldığınız vəziyyətə baxıb utanırsız heç? İnanmıram. Çünki, az da olsa utansansaz, “Neftçi”nin bu vəziyyətindən xəcalət çəkib, çıxıb gedərsiz”.
“Söyüm, yoxsa özünüz özünüzü söyürsüz?”
“Yetər hislərimizlə oynadız. Şərəfiniz olsun! Kişi olun, kişi!”
Komandalar arasında cavab görüşü aprelin 26-da “Bakcell Arena”da keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

