“Neftçi” klub prezidenti Kamran Quliyevlə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərardan apellyasiya şikayəti verəcək.
Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisinin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.
Məsələnin mahiyyəti odur ki, AFFA İntizam Komitəsi “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb.
Buna səbəb klub rəhbərinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (1:0) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələr olub.
Buna görə, Kamran Quliyev Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat ziyana salıb. Ona 6 aylıq sınaq müddəti təyin edilib.
R.Abdullayev bildirib ki, İntizam Komitəasinin qərarı əsassızdır. O, K.Quliyevin matç zamanı heç bir neqativ hərəkətə yol vermədiyini deyib:
“Klubumuzxun prezidenti oyunun fasiləsində hakimlərin idarəçiliyinə etirazını dilə gətirib. Öz narazıığını bir az emossinal şəkildə bildirib.
Orada nə təhqir olub, nə də başqa bir şey. Ümumiyyətlə, biz cəza gözləmirdik.
İlk hissənin sonunda tuneldə hakimlərə irad bildirildi ki, “oyunun açarı” itirilib, rəqib komandanın müdafiəçiləri çox sərt oynayırlar.
Buna baxmayaraq, heç bir cəza tətbiq olunmur. Orada hansısa təhqir, əl hərəkəti, hakimi vurmağa cəhd göstərmək olmayıb.
Baş verənlər protokola qeyd olunub və bunun əsasında AFFA İntizam Komitəsi qərar verib. Bununla bağlı etirazımız olacaq.
Apellyasiyaya müraciət etməyi planlaşdırırıq və edəcəyik də. Medianın bu məsələdə mövqe qoymasını istəyərdik.
Hakim çıxıb ürəyindən keçəni edəcək, nəticədə, kimsə bədbəxt olacaq, hansısa komandanın qərarları ilə hansısa komandanın nəticəsinə təsir göstəriləcək.
Həmin oyunda olanlara görə 1, uzağı 2 oyunluq cəza verilə bilər. Amma kimsə onlara irad bildirəndə, bunu özlərində qeyd edirlər və həmin şəxsi cəzalandırırlar.
Onlar öz hərəkətlərinə görə cəza almırlar. Hakimlər toxunulmaz şəxslər deyil. Burada söhbət futbol hakimlərindən gedir.
Onlara fikrimizi bildirə, etirazımızı edə bilərik. Səsləndirilən fikri aydınlaşdırmadan protokola yazmaq, həqiqətən də, qeyri-ciddi qərardır.
Düşünürük ki, AFFA komitədən verdiyimiz şikayətli əsaslı şəkildə araşdıracaq və bu dəfə ədalətli qərar çıxarılacaq".

