AFFA İntizam Komitəsinin “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırmasını xəbər vermişdik.
Buna onun Azərbaycan kubokunun yarımfinalında “Turan Tovuz”la ilk matçın (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələr səbəb olub.
Özünü yaxşı apara bilməməsi Kamran Quliyevin Azərbaycan kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılmasına, klubun isə 4000 manat cərimə edilməsinə səbəb olub.
Məğlubiyyətdən qəzəbli olan fanatlar klub prezidentinin cəzalanmasına seviniblər.
Onlar sosial şəbəkə vasitəsi ilə 5 oyunluq cəzadan sonra rəhbər şəxsi birdəfəlik klubu tərk etməyə dəvət ediblər:
"Bu nəyə etiraz edir? Sənin komandan qapıya zərbə belə vura bilmir".
"Özünü göstərir. Yəni mən də varam. Amma Kamranın varlığı ilə yoxluğu arxada qalan 5 ildə klub üçün heç zərrə qədər bilinməyib".
"Yaxşı bilirsən ki, "Neftçi"də heç kəs səni istəmir. Çıx get!".
"Camaat sənə etiraz edir, bəs sən kimə edirsən?".
"Məncə, qəsdən dava salıb. Özünü mən də əsəbləşirəm kimi göstərmək istəyib".
"Kuboku qazansa-qazanmasa gedəcək".
"Azarkeşlərin nifrətin qazanan "oyuncaq prezident" kimi artıq tarixə düşüb".
"Allah səni bizə çox görsün, ay Kamran".
"Elə bildim göndəriblər, sevinmişdim".
XANOĞLAN / SPORTİNFO.AZ

