"Neftçi" rəhbərliyi onu istəmir, bəs Elxan Məmmədov?

19 Aprel 2023 21:20 Neftçi 2 556
"Neftçi" rəhbərliyi onu istəmir, bəs Elxan Məmmədov?

"Neftçi" rəhbərliyi ötən ilin avqustunda süqavilə bağladığı Vato Arveladze ilə yolları ayırmaq istəyir. Əsas heyətə düşməyə çətinlik çəkən gürcüstanlı hücumçuyla anlaşma 1+1 illik nəzərdə tutulub.
Kontraktın ikinci hissəsinin qüvvəyə minməsi üçün hər iki tərəfin buna razılıq verməsi lazımdır. O da maliyyə şərtlərindən keçir. Qonşu ölkədən olan forvard hazırda komandanın ən ucuz legioneridir. Vatonun buradakı aylıq qazancı 7000 dolları keçmir.
Başqa sözlə, 25 yaşlı ön xətt oyunçusu maddi cəhətdən «ağ-qaralar»a «yük» deyil. Sadəcə və sadəcə… Klub başbilənlərinin gürcüylə əməkdaşlığa son qoyması AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovdan asılıdır. Məsələ ondadır ki, bakılılar Vatonu məhz onun təqdimatı əsasında sıralarına qatıb. Hazırda FİFA-nın Paris ofisində çalışan E.Məmmədovun sözügedən hücumçu ilə birbaşa tanışlığı yoxdur. O, bu keçiddə pay sahibi olduğu üçün menecerlik haqqı da istəməyib.
AFFA-nın sabiq rəhbəri Vatonu gürcü futbol veteranlarından birinin vasitəsilə tanıyıb. Məşhur keçmiş hücumçu Şota Arveladzenin qardaşı oğlu haqda xahişi yerə salmayan E.Məmmədov «Neftçi»yə onu götürməyi tapşırıb.
Arveladze daha əvvəl ölkəsinin "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyənin "Kasımpaşa", "Fatih Karagümrük" və Polşanın "Korona" klublarında çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!