"Neftçi"nin müdafiəçisi Tovuzda meydana çıxmayacaq

19 Aprel 2023 09:00 Neftçi 1 003
"Neftçi"nin müdafiəçisi Tovuzda meydana çıxmayacaq

"Turan-Tovuz" və "Neftçi" ölkə kubokunun yarımfinal matçına itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, həm ev sahibi, həm də bakılılar oyuna tam heyətlə çıxa bilməyəcək.

Ayxan Abbasov nə Tərlan Əhmədli, nə Ehtiram Şahverdiyevin xidmətindən istifadə edə biləcək.

"Neftçi"də isə Azər Əliyev oyunun iştirakçısı olmayacaq. Bununla yanaşı, Ataa Caber və Vato Arveladze sıraya qayıdıb. Laurentsiu Regekampf hər iki futbolçunun xidmətindən istifadə edəcək.

“Turan-Tovuz” – “Neftçi” matçı bu gün Tovuz Şəhər Stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!