Emin Mahmudovu “Neftçi” üçün vacib edən daha bir… ƏSAS

17 Aprel 2023 14:20 Neftçi 1 026
Emin Mahmudovu “Neftçi” üçün vacib edən daha bir… ƏSAS

“Neftçi”nin lideri Emin Mahmudov klubun tarixində yeni rekorda imza atıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kapitan “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarının bir mövsümündə penaltidən ən çox qol vuran oyunçu olub.

Premyer Liqanın XXX turunda “Qəbələ” (1:2) ilə görüşdə fərqlənən 31 yaşlı yarımmüdafiəçi cari mövsümündə 7-ci dəfə penaltidən fərqlənərək, rekordu yeniləyib.

Mahmudova qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurublar.

Qurbanovun bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çeviriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!