“Neftçi”nin sabiq legioneri Tallison Dias Azərbaycan təmsilçisindən ayrıldıqdan sonra iki il ərzində dördüncü kluba keçib.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ölkəsi Braziliyadaa ASA-ya qayıdıb.
Sol cinah oyunçusu Braziliyanın D seriyasında mübarizə aparan ASA ilə artıq rəsmi müqaviləyə qol çəkib. Adıçəkilən komanda, eyni zamanda, Tallisonun ilk peşəkar klubudur.
Tallison 2021-ci ilin yayında “Neftçi”dən ayrıldıqdan sonra ardıcıllıqla “Santo Andre”, ASA və “Portuquesa”nın formasını geyinib. Ümumilikdə isə o, karyerasında 16-cı dəfə komandasını dəyişib.
Dallison Dias 2020/2021 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan Premyer Liqasında 18 oyun keçirib və ölkə çempionluğunu qazanıb.

