Mövsümboyu qeyri-sabit nəticələrə imza atan “Neftçi” xoş olmayan ənənəsini davam etdirməkdədir.
İki heç-heçənin ardından ötən həftə “Sumqayıt”ı səfərdə darmadağın edən (4:0) bakılılar bu dəfə öz meydanında “Qəbələ”yə boyun əydi – 1:2.
Çempionluğun əldən getdiyini çoxdan anlayaraq əsas diqqəti ölkə kubokuna ayıran Laurentsiu Regekampfın yetirmələri azarkeşlərin şiddətli qınağı ilə üzləşməkdədir.
Qatı tərəfdarlar qəbələlilərə yenilgini heç cür qəbul etmir ki, azarkeşlərin narazılıq dozasını onların klubun sosial media hesablarındakı paylaşımlara yazdıqları rəylərdən görmək mümkündür.
Elə isə, “Neftçi”nin “Qəbələ”yə uduzmasına verilən reaksiyalara diqqət yetirək:
“Deyirəm, baxmayacam, yenə arsız-arsız baxıram. Düzdür, bu sevgi qəbirə qədər gedəcək bizimlə. Amma bu, oyun deyil. Belə oyun olmur”.
“Bu, faciədir. Tezliklə Kamran Quliyev də, rumın məşqçi də, bizi rüsvay edən, “Neftçi” formasının dəyərini bilməyən “oyunçular” da rədd olub getməlidirlər”.
“Biz azarkeşlər xahiş edirik ki, futbolçuların maaşını artırın. Kişilər can qoyur meydanda. Tüpürüm sizin oyununuza”.
“Qəbələ”nin heç bir günahı yoxdur. “Neftçi”nin qapısına qolları öz futbolçuları – Brkiçlə Kvirkveliya vurdu”.
“Əməlli-başlı biabırçılıqdır”.
“Atalar burda deyib, utanmasan oynamağa nə var ki. Allah bəlanızı versin”.
“Neftçi”ni bu günə salanan Allah min bəlasını verdin”.
“Hesab bir qırağa. Adamı niyə infarkt edirsiz? Nə vaxt adam kimi oynayacaqsız? “Qəbələ”yə təbriklər! Əhsən!”
“Neftçi” rəhbərliyi, ayıb olsun! Niyə bu günə qoyduz komandanı?”
HƏBİB / SPORTİNFO.AZ

