“Neftçi”də uğurlar sıralanır, üzlər gülür

16 Aprel 2023 23:40 Neftçi 873
“Neftçi”də uğurlar sıralanır, üzlər gülür

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında final mərhələsinin növbəti oyunları keçirilib.

Voleybol Mərkəzində təşkil olunan matçda "Neftçi İdman Klubu" və MOİK üçüncülük yolunda növbəti duelə çıxıblar.

Cütün ilk görüşündə quru hesabla qalib gələn (3:0) “ağ-qaralar” bu dəfə rəqibinin daha ciddi müqaviməti ilə qarşılaşıb.

Bununla belə, "Neftçi İdman Klubu" rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edib və bürünc medala bir qədər də yaxınlaşıb.

Ölkə çempionatının reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparırlar.

Futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

"Neftçi İdman Klubu" bu mərhələdə "Şamaxı" komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüşdə bakılılar rəqibinə 7:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

HƏBİB /SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!