Bu baş məşqçiyə və futbolçulara diqqət! – "Neftçi"də hamı onlardan danışır

16 Aprel 2023 16:05 Neftçi 1 458
Bu baş məşqçiyə və futbolçulara diqqət! – "Neftçi"də hamı onlardan danışır

Birinci Divizionu yaxından izləyənlər “Neftçi-2”dən danışır.

Mövsümün əvvəlində ciddi dəyişikliklərlə diqqət çəkən “ağ-qaralar” hazırda aşağı dəstənin ən gənc komandası hesab olunur.

Digər komandalardan fərqli olaraq burada ən yaşlı futbolçu 2000 doğumludur. Bu yaşda olanların sayı cəmi iki nəfərdir.

19 futbolçunun yaşı isə 20 və ondan aşağıdır.

Rəşad Abdullayevin rəhbərlik etdiyi kollektiv mövsümün gedişində liderliyi rəqiblərinə güzəştə getmirdi. “Araz Naxçıvan”ın Premyer Liqa təcrübəli futbolçularla güclənməsindən sonra aradakı fərq özünü göstərdi.

Buna baxmayaraq, paytaxt təmsilçisi hazırda ikinci sırada yer almaqla “Turan-2” və “Qəbələ-2” kimi rəqiblərini, üstəlik, təcrübəli MOİK-i qabaqlamağı bacarıb.

“Neftçi-2” aprelin 12-də çempionatda 22-ci oyununu keçirdi və çətin Gəncə səfərindən 1 xalla qayıtmağı bacardı – 1:1. Həmin oyunda Laurentsiu Regekampf Abdullayevin 4-5 əsas futbolçusunu əsas komandaya cəlb etməklə özündən yaşca kiçik həmkarının işini çətinə salmışdı.

“Ağ-qaralar” meydana 2006 doğumlu Murad Məmmədov, 2004 təvəllüdlü Oruc Məmmədov, Fariz Xeyrullayev, Elcan Əbilov, Bahadur Quliyevlə çıxdığı halda “Kəpəz-2”nin əsas heyətinin yarısı Premyer Liqa təcrübəli oyunçular idi:

Kamran İbrahimov, Elvin Yunuszadə, Elnur Cəfərov, Ruslan Süleymanov, Samir Məhərrəmli, Nicat Məmmədov.

Aradakı yaş və təcrtübə fərqinə baxmayaraq, “Neftçi-2” çətin Gəncə səfərində çempionatın ən inamlı komandalarından biri ilə bərabər mübarizə aparıb, aktivinə 1 xal yazdırmağı bacardı.

“Neftçi-2” cari mövsümdə sərgilədiyi oyunla, qazandığı nəticələrlə, əsas komanda üçün yetişdirdiyi futbolçularla “divizion”un ən diqqətçəkən komandasıdır.

Kim bilir, bəlkə bir gün eyni kollektiv əsas komandanın uğurları üçün tərk tökəcək. Hər şey buna doğru aparır. Klub rəhbərliyi “Neftçi-2”ni yaxından izləyirsə.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!