“Neftçi”nin qonağı olan məktəb uşaqları - VİDEOREPORTAJ

16 Aprel 2023 02:50 Neftçi 557
“Neftçi”nin qonağı olan məktəb uşaqları - VİDEOREPORTAJ

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da 57 nömrəli tam orta məktəbin müəllim, 6-11-ci sinif şagirdləri, həmçinin “Məktəblinin dostu” layihəsinin əməkdaşlarından ibarət “İdmansevərlər” qrupunun iştirakı ilə stadion turu təşkil olunub.

Sportinfo.az xəbər verir ki, qonaqlar klubun muzeyi, fan-şop, “ağ-qaralar”a məxsus paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.

Daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan “İdmansevərlər” qrupunun üzvləri əsas komandanın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar.

Sonda bir-birinə hədiyyə təqdim edən tərəflər xatirə şəkli çəkdiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!