«Neftçi» millinin hücumçusu Ramil Şeydayevin xidmətində maraqlıdır.
Paytaxt klubu «Qarabağ»la müqaviləsinin başa çatmasına 2 ay qalmış forvarda dəvət göndərib.
«Ağ-qaralar» Premyer Liqanın cari mövsümündə 17 qol vuran yığmanın üzvünə 2+1 illik kontrakt təklif edib.
Onu da diqqətə çatdıraq ki, Şeydayev «Neftçi» ilə yanaşı, iki xarici ölkənin klubları ilə danışıqlar aparır. O. Rusiya və Macarıstandan aldığı təklifləri incələyir.
Hələ bir müddət əvvəl menecerlər vasitəsilə variantları gözdən keçirməyə başlamış yığmanın üzvü daha çox qazanc əldə etmək fikrindədir.
Şeydayevin arzusu illik gəlirini 500 min dollara çatdırmaqdır. Premyer Liqada 17 qola imza atan Ramil ümid eləyir ki, məhsuldar mövsüm keçirməsi qiymətini artırıb və istədiyi məbləği ona ödəməyə razılıq verən klub tapacaq.
«Qarabağ» Şeydayevin qalmasında maraqlıdır. «Köhlən atlılar» hücumçunu yeni şərtləri ilə tanış edib.
Kontraktını 3 il müddətinə uzatsa, indikindən daha çox maaş alacaq. Ancaq təklif olunan məbləğ hələ Ramili razı salmır.
SPORTİNFO.AZ

