Azərbaycan Premyer Liqasında çıxış etmiş daha bir futbolçu məhkəməyə verilib.
Sportinfo.az xəbər verir ki, söhbət sabiq “Neftçi”li Tallison Diasdan gedir.
Braziliyalı müdafiəçinin vergi borcları var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya məhkəməsinə müraciət edərək Dias barəsində tədbir görülməsini tələb edib.
Talisson bir mövsüm çıxış etdiyi“Neftçi”dən 2021-ci ilin mayında ayrılıb. O, hazırda Braziliyanın "Portuqeza" klubunda çıxış edir.
Eyni səbəbdən daha əvvəl "Neftçi" və "Qarabağ"da çıxış etmiş və hazırda "Zirə"nin üzvü olan Donald Gerye məhkəməyə verilib. Onun ölkədən çıxışına qadağa qoyulub.

