57 saylı məktəbin şagirdləri “Neftçi”nin qonağı oldu - FOTO

14 Aprel 2023 17:20 Neftçi 540
57 saylı məktəbin şagirdləri “Neftçi”nin qonağı oldu - FOTO

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da 57 №li tam orta məktəbin müəllim, 6-11-ci sinif şagirdləri, həmçinin “Məktəblinin dostu” layihəsinin əməkdaşlarından ibarət “İdmansevərlər” qrupunun iştirakı ilə stadion turu təşkil olunub.

Sportinfo.az xəbər verir ki, qonaqlar klubun muzeyi, fan-şop, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.

Daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan “İdmansevərlər” qrupunun üzvləri əsas komandamızın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar.

Sonda bir-birinə hədiyyə təqdim edən tərəflər xatirə şəkli çəkdiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!