"Neftçi" bu transferi ona görə etmişdi ki… “Bir atımlıq barıt”?

14 Aprel 2023 16:00 Neftçi 1 555
"Neftçi" bu transferi ona görə etmişdi ki… “Bir atımlıq barıt”?

Bir atımlıq barıt...

İndi bu cümləni asanlıqla Matheus Saldaniya haqqında deyə bilərik.

Söhbət "Neftçi"nin braziliyalı forvardından gedir.

"9 nömrə" qışda "ağ qaralar"ın düşərgəsinə qoşulub. Və qısa müddətdə yeni çempionata, yeni ölkəyə adaptasiya olmağı bacardı.

Əbəs deyil ki, meydana çıxdığı ikinci qarşılaşmadaca qol hesabın açmağı bacardı.

Davamı da pis getmirdi. Növbəti 5 görüşdə əcnəbi hücumçu aktivinə daha 3 qol yazdıra bildi.

Statistikası ilə bərabər meydandakı performansı da ürəkaçan idi. Düşünmək olardı ki, irəliləyən həftələrdə daha parlaq Saldaniya görə bilərik. Hətta icarədə olan oyunçuya yeni müqavilə təklifi olduğu da xəbərlər arasında yer alırdı.

Amma sən saydığını say, gör, futbolçu özü nə sayır.

Saldanıya son turlar daha parlaq çıxış etməsi bir yana, heç startdakı stabilliyini də əldə saxlamağı bacarmadı.

O, üçüncü turdu rəqib qapılarına yaxın gedə bilmir. Bəli, 3 oyun heç də ciddi fiasko sayıla bilməz. Bəlkə də növbəti turlar yenə qolları sıralamış oldu.

Ancaq fərqlənə bilməməyindən əlavə onun meydandakı mübarizəsi də ilk günlərdəki kimi aktiv deyil.

Görünür, rəqib müdafiəçilər onun oyun sistemini əzbərləyib, zərərsizləşdirməsinin yolunu tapıblar.

Belə proses nə qədər davam edəcək?

Bax, onu Saldaniya özü qarşıdakı turlar meydanda göstərəcək - Ya elə, ya belə...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!