Ötən ilin iyununda «Neftçi» ilə 2 illik müqavilə imzalayan Lorentsiu Regekampfla bağlı yekun qərar verilib.
Komanda mövsümü titulsuz başa vursa, rumıniyalı Azərbaycandan birdəfəlik ayrılmalı olacaq.
Rəhbərlik şərqi avropalıya artıq öz xəbərdarlığını edib. Rege də nəticə verməyəcəyi təqdirdə, buradakı fəaliyyətini durduracağını bildirib.
«Ağ-qaralar» Premyer Liqada çempionluq şansını praktiki olaraq itirib. Paytaxt təmsilçisi ən yaxşı halda gümüş medal qazana bilər. Bakılılar son 7 tur öncəsi ikinci pillədəki «Sabah»dan 5 xal geri qalır.
«Neftçi»nin əsas ümidini ölkə kubokuna bağlayıb. Yarımfinal mərhələsinə yüksəlmiş komandanı «Turan Tovuz»la qarşılaşmalar gözləyir.
Bu səddi keçərlərsə, finalda «Qəbələ» - «Səbail» cütünün qalibi ilə üz-üzə gələcəklər.
SPORTİNFO.AZ

