Tərlan Əhmədov "Neftçi"yə qayıtmaq üçün bu addımı atdı – SON DƏQİQƏ

11 Aprel 2023 14:00 Neftçi 4 756
Tərlan Əhmədov "Neftçi"yə qayıtmaq üçün bu addımı atdı – SON DƏQİQƏ

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov yenidən «Neftçi»yə qayıtmağa can atır.

Mövsümün ilk yarısında Yaşar Vahabzadəni əvəzləyən mütəxəssis bütün varlığı ilə çalışır ki, ona doğma olan kluba dönsün.

Çalışdırıcı bu arzuyla bəzi səlahiyyət və vəzifə sahiblərinə müraciət edib. O, SOCAR başbilənləri ilə birbaşa təmas qurulmasına vasitəçi olmalarını həmin şəxslərdən xahiş eləyib.

Əhmədov həmçinin «Neftçi»nin bir qrup veteranı ilə görüşərək, eyni səpgili söhbət aparıb, qayıdışının baş tutmasına köməklik göstərmələrini istəyib.

Tərlan Əhmədov 2017-2018-ci illərdə «ağ-qaralar»ın sükanı arxasında olub. Paytaxt təmsilçisi həmin mövsüm Premyer Liqanın bürünc medallarını qazanıb.

Lakin onunla müqavilə yenilənməyib. Rəhbərliklə münasibətlərinin tamamilə pozulması səbəbindən.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!