Regekampfın gözlədiyi budursa, vay “Neftçi”nin gələcəyinə!

11 Aprel 2023 19:40 Neftçi 1 531
Regekampfın gözlədiyi budursa, vay “Neftçi”nin gələcəyinə!

“Neftçi” Sumqayıt səfərindən qələbə ilə qayıtdı.

Həm də böyük hesabla – 4:0.

Amma autsayder önündə böyük oynamağı bacarmadı.

İlk dəqiqələrdən ərazi üstünlüyünə sahib olan meydan sahibləri oyuna diqtə edən tərəf idi.

Regekampfın yetirmələri isə ümidini yalnız standart vəziyyətlərə bağlamışdı.

Bir epziodda künc zərbəsindən sonra Stankoviç fərqləndisə, digər epizod qapıçı ona mane oldu.

İkinci qola kimi olan 65 dəqiqəlik zaman kəsiyində “Ağ qaralar” demək ola heç nə ilə yadda qalmağı bacarmadı.

Əvəzində “Sumqayıt”lı futbolçular daha diqqətli, daha peşəkar davrana bilsəydilər nəinki hesabı bərabərləşdirə, hətta hesabda önə keçə bilərdi.

“Vurmayana vurarla” deyimi bu dəfə də özünü doğrultdu.

Emin Mahmudovun topla usta davranışı Murad Xaçayevi oyundan düşürdüsə, davamında verdiyi usta ötürməyə qol olması üçün toxunmaq yetərli idi. Onu da Meza Kolli asanlıqla bacardı.

Məncə, elə oyunda burdaca bitdi. Davamında başverənlərin önəmi qalmadı.

Bura qədər isə qonaqların ifasında bir baxımlı hücum görə bilmədik. Qarşımızda fərdlərin ümidinə qalan pərakəndə komanda vardı.

Qələbə hər zaman şirindir. Elə yadda qalan da yaxşı oyun yox, qələbə olur.

Amma ən azından düşünürdüm ki, mətbuat konfransında rumıniyalı çalışdırıcı qələbə sevincinə utanmaq hissini də qatacaq.

Komandasının pis oyunla 3 xal əldə etməsini etiraf edəcək. Hələ jest edib rəqib haqqında xoş fikirlər də səsləndirəcəyini ehtimal edirdim.

Əcnəbi mütəxəssis özünü elə apardı ki, düşündüm biz başqa-başqa oyunlara baxmışıq.

Komandasını elə təriflədi ki...

STAT:Oyunumuz pis alınmadı. Bilirdim ki, futbolçularım "Zirə" ilə matçdan fərqli olaraq, bu gün daha yaxşı reaksiya verəcəkdilər".

"Ötən həftə oynadığımız oyuna hazırlıq zamanı bütün futbolçular bizimlə deyildi. Vaxtımız da az idi. Ancaq həftəboyu demək olar ki, bütün oyunçular sərəncamımda idi və oyuna yaxşı hazırlaşa bilmişdik. Nəticə oyuna görə oldu”.

Əgər Regekampfın “Neftçi”dən gözlədiyi yaxşı oyun budursa, onda vay komandanın gələcəyinin halına.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!