COP29

"Xəzər Lənkəran"da işləmiş məşhur Regekampfa bu sözlərlə XƏBƏRDARLIQ ETDİ!

11 Aprel 2023 01:50 Neftçi 1 199
"Xəzər Lənkəran"da işləmiş məşhur Regekampfa bu sözlərlə XƏBƏRDARLIQ ETDİ!

"Azərbaycanda işlədiyim vaxtlarda "Neftçi"nin qarşısına çempionluq məqsədi qoyulmuşdu.

Onlar bunu qazana bilirdi.

Şübhəsiz ki, "Neftçi"nin üçüncü pillədə qərarlaşması azarkeşlərini sevindirmir. Amma Laurentsiu Regekampfın komandanı bərpa etmək üçün lazımi bacarığı və təcrübəsi olduğunu bilirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri aportal.az-a açıqlamasında Mirça Rednik deyib. Vaxtilə "Xəzər Lənkəran"da işləmiş rumıniyalı mütəxəssis həmyerlisi, "Neftçi"nin baş məşqçisi olan Laurentsiu Regekampf barədə danışıb.

Təcrübəli mütəxəssisin fikrincə, Regekampf "Neftçi"də titul qazana bilməsə, paytaxt klubunda işinə davam etməsi çətin olacaq:

"Aydın məsələdir ki, “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. “Neftçi” bu mövsüm heç bir titul qazanmasa, Regekampf üçün davam etmək çətin olacaq".

Digər Xəbərlər
Xəbər Lenti