Bəs "Neftçi" nə etdi?

10 Aprel 2023 20:00 Neftçi 899
Bəs "Neftçi" nə etdi?

Qələbə hər zaman xoşdur.

O 3 xalı böyük hesabla əldə edəndə, adama daha şirin gəlir.

«Neftçi» Sumqayıta səfər etdi, 4 cavabsız qolla geri döndü. Artıq bəllidir - bu komandanı avrokuboklarda izləyəcəyik.

Konfrans Liqasının qapısını 4:0-la açan «Neftçi»də ilk baxışdan işlər qaydasına düşmüş kimi görünür. Bəli, görünür. ilk baxışdan bu, həqiqətən belədir.

Doğrudan belədir? Şəxsən mən qətiyyən bu fikri bölüşmürəm.

«Neftçi» səviyyəli ayaqlara sahibdir. Komandanın heyətində kifayət qədər yüksək ödənişli, bacarığı ilə seçilən futbolçular var.

Onları həmişə fərqləndirmişəm və bu gün də o qənaətdəyəm ki, «Neftçi» mövcud potensialı ilə daha yüksək hədəflərə çatmaq iqtidarındadır.

Bəndəniz mövcud ansamblı 2021-ci ildəki, yəni, Samir Abasovun çempion etdiyi heyətdən güclü sayır.

Samir Abasov o futbolçularla qızıl medalları köynəyinin üzərindən asa bilmişdisə, Lorentsiu Regekamfın Konfrans Liqasına vəsiqə qazanmasıyla öyünməyə haqqı çatmır.

«Neftçi» indi gərək çempionluq mübarizəsini davam etdirərdi, bu yarışmadan erən qopmazdı. Problem bundadır və məsələ kompleks yanaşmağın tərəfdarıyam.

Nə olsun ki, «Neftçi» Sumqayıtda 4 cavabsız qola sevindi, oyun odurmu? «Sumqayıt» əksər komponentlərdə qonaqlarından daha üstün təsir bağışladı, sadəcə, qol çatışmadı.

Qoldan başqa hər şey etdilər. Bəs «Neftçi» qoldan savayı nə etdi? Demək olar heç zad.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!