21 yaşlılardan ibarət Azərbaycan millisinin formasını geyinən Murad Vəliyevin ölkəmizdə oynaması yayda reallaşa bilər.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “Neftçi” adıçəkilən futbolçu üçün hərəkətə keçib.
Hazırda Estoniyada “Levadiya” forması geyinən həmyerlimizin komandası ilə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.
“Neftçi” 21 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir.
Əgər danışıqlar müsbət yekunlaşsa, keçid yayda reallaşacaq.

