Qarabağ" və "Sabah"dan sonra "Neftçi" də… Salam, avrokuboklar!

9 Aprel 2023 00:30 Neftçi 742
Qarabağ" və "Sabah"dan sonra "Neftçi" də… Salam, avrokuboklar!

"Neftçi" 2023/2024 mövsümü üçün avrokuboklara vəsiqəni təmin edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" buna Azərbaycan Premyer Liqasının XXIX turunda Sumqayıtda eyniadlı komandanı 4:0 hesabı ilə darmadağın etməklə nail olub.

Bu qələbədən sonra xallarını 60-a çatdıran paytaxt təmsilçisinin sona 7 tur qalmış mükafatçılar arasında olacağı dəqiqləşib.

"Neftçi" 4-cü pillədə yer alan ən yaxın izləyicisi "Qəbələ"ni 21 xal qabaqlayır. "Qırmızı-qaralar" mövsümün sonunda ən yaxşı halda Bakı klubu ilə xallarını bərabərləşdirə bilər.

Bununla belə, əyalət təmsilçisi şəxsi oyunlardakı nəticələrə görə rəqibindən geri qalacaq - 2 məğlubiyyət, 1 heç-heçə.

Daha əvvəl "Qarabağ" və "Sabah" avrokuboklara vəsiqəni təmin edib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!