"Bu  milli ilə DÇ-2022-də nəyəsə ümid etmək ağırdır"

3 Dekabr 2020 18:00 Milli komanda 761
"Bu  milli ilə DÇ-2022-də nəyəsə ümid etmək ağırdır"

UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.

Püşkatmada 55 yığma 6 qrupa bölünəcək. İlk 5 səbətdə 10, sonuncuda isə 5 komanda qərarlaşıb.

DÇ-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək. C Liqasındakı yerini qoruyan Azərbaycan millisi 5-ci səbətdə yer alıb.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, Xorvatiya, İtaliya, Almaniya, Danimarka, Niderland

2-ci səbət: İsveçrə, Polşa, İsveç, Uels, Ukrayna, Avstriya, Slovakiya, Serbiya, Türkiyə, Rumıniya

3-cü səbət: Rusiya, İrlandiya, Şimali İrlandiya, Norveç, Macarıstan, İslandiya, Şotlandiya, Çexiya, Finlandiya, Yunanıstan

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Gürcüstan, İsrail, Belarus, Lüksemburq

5-ci səbət: Kipr, Ermənistan, Farer Adaları, Estoniya, Azərbaycan, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra

6-cı səbət: Moldova, Malta, Lixtenşteyn, Cəbəllütariq, San Marino

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Sportinfo.az-a açıqlamasında qarşıdan gələn seçmə mərhələ ilə bağlı ümidsiz danışıb:

"Hər şeyi qısa və konkret demək lazımdır – bu milli ilə dünya çempionatının seçmə mərhələsində nəyəsə ümid etmək ağırdır.

Amma hazırkı futbolçular Bakıda Lüksemburqla oyunu çıxmaq şərtilə bacardıqlarını meydanda qoydular.

İnkişaf üçün bu uşaqların çoxu mütləq xaricə getməlidir. Burada qalsalar, onlarda həmin inkişafı görməyəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti