Millimizin üzvü 1 dəqiqə lazım oldu

28 Noyabr 2020 23:40 Milli komanda 477
Millimizin üzvü 1 dəqiqə lazım oldu

Almaniya Bundesliqa II-də IX turun oyunları davam edir

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfər matçına çıxıb.

Autsayderlər zonasında qərarlaşan "Sandhauzen"in qonağı olan adıçəkilən komanda hesabda geri düşməsinə baxmayaraq, hər hissədə 2 qol vuraraq əzmkar qələbə qazanıb – 4:1.

Görüşə yenə ehtiyatdan başlayan Nazarov yalnız 90-cı dəqiqədə meydana daxil olub. Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Aue" turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti