Yığmamızın italyan baş məşqçisindən AZƏRBAYCANA JEST!

28 Noyabr 2020 20:00 Milli komanda 2 066
Yığmamızın italyan baş məşqçisindən AZƏRBAYCANA JEST!

Millinin baş məşqçisi Canni De Byazi maraqlı addım atıb.

Sportinfo.az-ın məlumatına görə, bu ilin yayından ölkəmizdə fəaliyyətə başlayan italiyalı çalışdırıcı döalət himnimizine sözlərini öyrənməyə başlayıb.

İctimaiyyətin rəğbətini qazanmaq istəyən apenninli mütəxəssis bu işi sərbəst şəkildə görür. Yəni, nə AFFA-ya müraciət edib, nə də özünə müəllim tutub.

De Byazi qarşıdakı 3 ay ərzində, bir qədər konkretləşdirsək, növbəti dünya çempionatının seçmə mərhələsinin start götürəcəyi martadək himnimizin müəyyən hissəsini əzbərləməyi qarşısına məqsəd qoyub.

Millinin tarixi ərzində 4 əcnəbi baş məşqçisi olub – Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki və Nikola Yurçeviç.

Onların heç biri nəinki dilimizi, himnimizin bir sözünü öyrənməyə də vaxt ayırmayıb. Baxmayaraq ki, hərəsi burada uzun müddət çalışaraq, böyük pullar qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”