"AFFA ilə Parisdə danışıqlar aparmışdıq, qərarımı indi verdim"

28 Noyabr 2020 13:20 Milli komanda 455
"AFFA ilə Parisdə danışıqlar aparmışdıq, qərarımı indi verdim"

Azərbaycan millisini baş məşqçisi Canni De Byazi müsahibə verib.

Sportinfo.az xəbər verir ki, "Sportowefakty" nəşrinə danışan italiyalı mütəxəssis ilk olaraq yığmamıza təyinatı haqqında fikirlərini bildirib:

"AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə Parisdə danışıqlar aparmışdıq. Qərarımı indi verdim, çünki yeni layihə axtarırdım.

Futbolçuların qələbəyə reaksiyasını dəyişdirməyim lazımdı. Milli ilə irəli gedə biləcəyimizə və gənc futbolçuları inkişaf etdirə biləcəyimizə inanıram. Müqaviləni də DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər imzaladım".

De Byazi Azərbaycanda müharibənin bitdiyinə görə sevindiyini söyləyib: "Müharibə işimizə təsir etdi. Ölkədə müharibə vəziyyəti varsa, futbolçuların futbolu düşünməyi çətinləşir. Sevinirik ki, müharibə bitdi və ümid edirəm ki, hər şey qısa müddətdə normala qayıdar".

Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 22:20 Son 10 ilin ən düz adamı
16 Yanvar 11:25 Metro yenə bağlı olacaq