Millidə koronavirusa daha bir yoluxma?

26 Noyabr 2020 19:00 Milli komanda 452
Millidə koronavirusa daha bir yoluxma?

Azərbaycan millisinin ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçularından biri sağalıb.

Təmkin Xəlilzadənin testi mənfi olub. Cinah müdafiəçisinin 1-2 gün ərzində Bakıya qayıdacağı gözlənilir.

Onunla birlikdə Xorvatiyada olan müdafiəçi Rahil Məmmədovun növbəti testi isə müsbət çıxıb. Hər iki oyunçunun UEFA Millətlər Liqasının V turunun Monteneqro ilə matçından sonra koronavirusa yoluxduğu bəlli olmuşdu.

VI turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə sabah test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır. Həmçinin millinin tərcüməçisi.

Onlarla yanaşı, həkim Vyaçeslav Xomenko da adıçəkilən ölkədədir.

Düzdür, AFFA-ya yazın media orqanları ukraynalı tibb işçisinin futbolçuların sağlığına nəzarət etmək məqsədilə Lüksemburqda qaldığını iddia edir, amma başqa məlumat da var ki, onun özündə də məlum xəstəliyin simptomları aşkarlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"