Azərbaycan millisindən dəyişiklik və ya 5 TƏRPƏNİŞ

26 Noyabr 2020 14:40 Milli komanda 792
Azərbaycan millisindən dəyişiklik və ya 5 TƏRPƏNİŞ

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə bir sıra dəyişikliklər baş verib.

Buna hesabat dövründə keçirilən rəsmi xarakterli turnirlərin görüşləri və yoldaşlıq oyunlarının nəticələri səbəb olub. Bu, Azərbaycan milli komandasından da yan ötməyib.

Millətlər Liqasında Monteneqro ilə ev, Lüksemburqla səfər qarşılaşmasına çıxan komandamız Sloveniyada bu ölkənin millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Hər üç matç qolsuz heç-heçə ilə nəticələnib.

Noyabrda üç matç keçirən və qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin yetirmələri 1180 xalla planetin 109-cusudur. Ötən ayla müqayisədə 5 xal qazanan yığmamız 5 pillə də irəliləyib. Millimiz Niger, Mərkəzi Afrika Respublikası, Liviya, Tailandı keçərək Estoniyaya şərik olub.

210 yığmanın yer alacağı cədvəlin ilk “üçlüy”ündə dəyişiklik olmayıb. Belçika 1780, Fransa 1755, Braziliya 1743 xalla hamıdan öndə qərarlaşıb. 1487 xala malik Türkiyə bir pilləlik irəliləyişlə 32-cidir.

Digər Xəbərlər
Xəbər Lenti