Azərbaycan millisinin ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçuları hələ Bakıya qayıtmayıb.
Sportinfo.az xəbər verir ki, UEFA Millətlər Liqasının V turunun Monteneqro ilə matçından sonra xəstələndikləri üzə çıxan Təmkin Xəlilzadə və Rahil Məmmədov bu gün Xorvatiyada yenidən testdən keçib.
Cavablar növbəti gün bəlli olacaq.
VI turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə bir neçə gün sonra yenidən test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

