"Komanda bu məşqçi ilə uzağa gedə bilər, ehtiyatlanmaq lazımdır"

25 Noyabr 2020 10:40 Milli komanda 836
"Komanda bu məşqçi ilə uzağa gedə bilər, ehtiyatlanmaq lazımdır"

"Mövsümün hazırkı mərhələsində kimin favorit olduğunu demək çətindir. "Yuventus" hər zaman hamının udmaq istədiyi komanda olacaq".

Sportinfo.az xəbər verir ki, bunları Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında komandaların çempionluq şanslarını dəyərləndirərkən deyib.

63 yaşlı mütəxəxəssis 8 turdan sonra 20 xalla turnir cədvəlinə başçılıq edən "Milan"ın çıxışına təəccübləndiyini bildirib:

"Baş məşqçi Stefano Pioli gənclərdən maksimum yararlanaraq, yaxşı balans yarada bilib. Komanda bu mütəxəssislə uzağa gedə bilər.

Amma "İnter"dən ehtiyatlanmaq lazımdır. Çünki keyfiyyətli kollektivdir. Antonio Konte təcrübəsi və qətiyyəti sayəsində daha yaxşını edə bilər.

Mövsümün sonunda "Milan", "Yuventus", "İnter" və "Roma"nın Çempionlar Liqasına vəsiqə qazanacağını düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti