Maaşımı dəfələrlə azaldın, amma məni millidə saxlayın – AFFA-ya təklif etdi

25 Noyabr 2020 09:40 Milli komanda 2 019
Maaşımı dəfələrlə azaldın, amma məni millidə saxlayın – AFFA-ya təklif etdi

21 yaşlılardan ibarət yığmanın baş məşqçisi Milan Obradoviç karyerasını Azərbaycanda davam etdirmək niyyətindədir.

Sportinfo.az-ın məlumatına görə, son 2 ili gənclər millisinin sükanı arxasında keçirən serbiyalı AFFA-ya bununla bağlı öz fikrini bildirib.

Balkanlı çalışdırıcı müqavilə müddətinin uzadılması qarşılığında maliyyə şərtlərində güzəştə getiməyə hazır olduğunu söyləyib. O, hətta əvvəlkindən qat-qat aşağı məbləğə burada qalmağa razıdır.

Obrodoviç burada keçirdiyi hər aya görə AFFA-dan 35 min dollar maaş alıb. Başqa sözlə, onun illiyi quruma 350 min dollara başa gəlib.

Federasiya rəhbərliyinin U-21-in sükançısı ilə işbirliyini davam etdirməyə həvəs göstərmədiyi son günlərə kimi məlum idi. Çünki serb bu ilin əvvəlində məvacibinin azaldılmasıyla bağlı AFFA-nın təklifini geri çevirmişdi.

Ancaq indi… Qəti fikir söyləmək çətindir. Çünki Obradoviçin yığmaya təyinatına vasitəçilik etmiş Riad Rəfiyev onun fəaliyyətini sürdürməsində maraqlıdır.

Axı «Sumqayıt»ın prezidenti bu anlaşmadan özünə düşən payı (10%) alıb və yenə də qazanmaq iddiasındsadır.

U-21 Avro-2021-in seçmə mərhələsində cəmi 6 xal toplamasına baxmayaraq və ictimaiyyət tərəfindən ciddi qınağa tuş gəlsə də, Rəfiyev Obradoviçin simasında «yağlı tikə»ni itirmək istəmir, müxtəlif vasitələrlə AFFA başbilənlərini inandırmağa çalışır ki, o, işini davam etdirsə, yığma növbəti yarışda yaxşı nəticələr göstərəcək.

Necə deyərlər, millinin maraqları yenə şəxsi manafəyə qurban verilmək ərəfəsindədir. İndiyədək 100 belə hadisə olub, Riad bəy də istəyir ki, 101-ciyə özü imza atsın. Pul axı onun üçün çox şirin şeydir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda