AFFA milliyə ayırdığı mükafatı azaltdı – Üç 0:0-a görə

24 Noyabr 2020 11:40 Milli komanda 901
AFFA milliyə ayırdığı mükafatı azaltdı – Üç 0:0-a görə

AFFA milliyə ayırdığı mükafat fondunda dəyişiklik edib.

Sportinfo.az-ın məlumatına görə, federasiya ümumi məbləği bir qədər azaldıb.

Düzdür, UEFA Millətlər Liqasının son 2 turunda Monteneqro və Lüksemburq ilə qolsuz bərabərliyə nail olan komanda üzvləri əvvəlcədən onlara söz verilən vəsaiti (30000) alacaq, amma Sloveniya ilə yoldaşlıq görüşünün (0:0) maddi qarşılığı gözlənilən qədər təşkil etməyib.

Əsas heyət üzvlərinin hər biri 10000 manat yox, 5000 manat alacaq. Həmçinin kollektivdə yer alanlara 1800 manat ödəniləcək. Bu, 9 günlük toplanış və səfərə görə nəzərdə tutulan qonorardır.

Digər Xəbərlər
Xəbər Lenti