Millinin baş məşqçisi Canni De Byazi növbəti xahişlə AFFA rəhbərliyinin qapısını döyüb.
Sportinfo.az-ın məlumatına görə, italiyalı çalışdırıcı komandaya ayrılan mükafat fondunun bir qədər də artırılmasını istəyib.
64 yaşlı mütəxəssis bunun hesabına DÇ-2022-nin seçmə mərhələ oyunlarında yaxşı nəticəyə ümid bəsləməyin mümkün olması qənaətinə gəlib.
Apenninli sükançının təklifinə görə, qarşıdakı mötəbər yarışmanın hər matçının minimum mükafatı 40-50 min manat təşkil etməlidir.
Təbii ki, söhbət qələbəyə görə ənamdan gedir. O, 1 xalın müqabilində göstərilən rəqəmin yarısının ödənilməsinin vacibliyini diqqətə çatdırıb.
De Byazi bu fikrə apardığı araşdırmadan sonra gəlib. İtalyan futbolçulların öz klublarında kiçik mükafatlar aldığını öyrənib və onları motivasiya etmək üçün başqa vasitə tapmayıb.
AFFA UEFA Millətlər Liqasında qələbəyə görə əsas heyət üzvlərinin hər birinə 30000 manat mükafat təyin edib. Heç-heçəyə isə 15000 manat ödənilib.