Azərbaycan yığmasının üstünə kimlər gəlir!? - İLK SİYAHI

23 Noyabr 2020 15:00 Milli komanda 847
Azərbaycan yığmasının üstünə kimlər gəlir!?  - İLK SİYAHI

Azərbaycan yığmasının Millətlər Liqasının 2022/23 mövsümündəki potensial rəqiblərindən 13-ü bəlli olub.

Sportinfo.az xəbər verir ki, millimizin yer alacağı C liqasında mübarizə aparacaq 16 komandadan 14-ü dəqiqləşib.

Bunlardan altısı yeni komandalardır. Slovakiya, Türkiyə, Bolqarıstan və Şimali İrlandiya B liqasından aşağı düşənlərdir. Cəbəllütariqlə Farer adaları isə D liqasından yüksələnlərdir.

Digər 7 mümkün rəqib isə C liqasında qalan komandalardır: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya, Litva, Gürcüstan, Kosovo.

Digər iki yığmanın C liqasında iştirakı isə pley-offda bəlli olacaq. Qrup sonuncusu olan Kipr, Estoniya, Qazaxıstan və Moldova millilərindən ikisi C liqasında qalacaq, ikisi D liqasına yuvarlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!