“Belə məşqçiyə niyə milyonlarla avro ödəyim?” - Prezident De Byazi haqda

22 Noyabr 2020 14:20 Milli komanda 1 054
“Belə məşqçiyə niyə milyonlarla avro ödəyim?” - Prezident De Byazi haqda

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin Polşa yığmasına rəhbərlik etmək variantı olub.

Sportinfo.az xəbər verir ki, bunu Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnyev Boniek istisna etməyib.

Brjeçzek 2018-ci ildən Polşa yığmasını çalışdırır. O, Millətlər Liqasında komandasının “Dördlər finalı”na vəsiqə qazana bilməməsinə baxmayaraq, hazırkı çalışdırıcı Jerzi Brjeçzekə güvənəcəklərini söyləyib.

Prezident bir ara bu posta namizəd olan de Byaziyə ehtiyac duymadıqlarını da vurğulayıb: “Baş məşqçinin vəzifəsi A liqasında qalmaq idi ki, bunun da öhdəsindən gəldi.

O ki qaldı əcnəbi məşqçi məsələsinə, heç bir zəmanət verməyən, futbolçuları tanımayan və dünya çempionatının seçmə mərhələsindəki ilk oyununda məğlub ola biləcək bir məşqçiyə niyə milyonlarla avro ödəyim?”.

Digər Xəbərlər
Xəbər Lenti