"Qurban Qurbanovu çıxsaq, heç birinin millidə işləməyə təcrübəsi yoxdur"

22 Noyabr 2020 09:40 Milli komanda 695
"Qurban Qurbanovu çıxsaq, heç birinin millidə işləməyə təcrübəsi yoxdur"

Millətlər Liqasında qrup mərhələsi başa çatıb.

Azərbaycan yığmasının ümumi sıralamadakı yeri artıq müəyyənləşib.

C liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutan Canni de Byazinin komandası Millətlər Liqasını 43-cü pillədə başa vurub.

Millimiz bu liqada çıxış edən 16 komandadan yalnız 5-ni qabaqlamağı bacarıb ki, onlardan 4-ü qrup sonuncuları, biri isə 3-cü qrupda 3-cü yeri tutacaq kollektivdir.

Qrup mərhələsində 6 xal toplayan Azərbaycan öz liqasında yalnız Kipr, Estoniya, Kosovo, Moldova və Qazaxıstandan güclü olub.

Yerli məşqçilərlə də hazırkı nəticəni qazana bilməzdik? Sportinfo.az-ın bu sualına AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov belə cavab verib:

"Hamımız müzakirə edirik ki, De Byazinin nəticələrin bizim yerli məşqçilərdə verə bilərdi. Amma belə danışaq ki, klublarda olan məşqçilərimiz cavanlardır.

Qurban Qurbanovu çıxsaq, qalanlarının heç birinin millidə işləməyə təcrübəsi yoxdur.

Biri var, məşqçi, biri də var, baş məşqçi. Biri var, klublarda işləyəsən, biri də var, yığmada. Hər iki halda fərq böyükdür.

Mən də hər zaman üstünküyü yerli məşqçilərə vermişəm. Amma hazırda italıyan gəlib. Açığını deyim ki, bəzi işləri yaxşı görür. Bunu etiraf etmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti