AFFA-dan müqavilə təklif almasa… ŞOKA DÜŞMƏYƏCƏK

21 Noyabr 2020 14:00 Milli komanda 716
AFFA-dan müqavilə təklif almasa… ŞOKA DÜŞMƏYƏCƏK

"Hər ilin sonunda gördüyüm işlə bağlı federasiyaya məlumat verirəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər gənclər yığmamızın baş məşqçisi Milan Obradoviçə aiddir.

Ölkəmizin U-21 yığması üçün Avropa çempionatının seçmə mərhələsi başa çatdı. Potensialı yüksək qiymətləndirilən komanda qrupda yalnız 5-ci yeri tuta bildi.

2019-cu ildən burada çalışan serbiyalı mütəxəssis bildirib ki, seçmə mərhələnin yekunları ilə bağlı AFFA-ya hesabat verəcək: "Hər təlim-məşq toplanışından, hər oyundan sonra hesabat hazırlayıram, sonda onları cəmləyirəm.

Hələ ki müqaviləm bitməyib. Müddət noyabrın sonunda bitəcək. Mədəni şəxslər olaraq oturacaq, nəticələri müzakirə edəcəyik.

Bundan sonra hanısa qərar qəbul ediləcək. Sadəcə, indi həmin anı gözləmək lazımdır. İstənilən qərara hörmətlə yanaşacam".

Digər Xəbərlər
Xəbər Lenti