Azərbaycan millisində 10 futbolçu var ki...

20 Noyabr 2020 00:42 Milli komanda 641
Azərbaycan millisində 10 futbolçu var ki...

Azərbaycan milli komandası 2020-ci ili başa vurub.

Sportinfo.az xəbər verir ki, ilin əvvəlində italiyalı baş məşqçi Canni de Byaziyə tapşırılan yığma arxada qalan müddətdə 7 oyun keçirib.

Komandamız Millətlər Liqasında 6, yoldaşlıq oyunları çərçivəsində 1 matça çıxıb. Milli ikinci dəfə qatıldığı turnirdə Monteneqro (0:2, 0:0), Lüksemburq (1:2, 0:0) və Kiprlə (1:0, 0:0) üz-üzə gəlib. Yeganə yoldaşlıq görüşü isə Sloveniyaya (0:0) qarşı olub.

İl ərzində 1 qələbə, 4 heç-heçə və 2 məğlubiyyəti olan yığma 2 qol vurub, 4-nü buraxıb. Bütün matçlar koronavirus pandemiyası səbəbindən ilin sonuna – payıza təsadüf edib. Milli sentyabr və oktyabrda 2, noyabrda 3 qarşılaşmada qüvvəsini sınayıb.

De Byazi bu üç ay ərzində açıqladığı heyətlərə ümumilikdə 42 futbolçunun adını daxil edib. Onlardan ikisi - Eddi İsrafilov və Əmir Ağayev müxtəlif səbəblərdən millinin düşərgəsinə gəlməyib.

Üç futbolçunun adı isə ehtiyat oyunçular siyahısında qalıb. Bunlar Ozan Can Kökçü, Rəşad Eyyubov və Səlahət Ağayevdir.

Bu isə o deməkdir ki, millinin toplanışlarında 37 futbolçu iştirak edib. Beş oyunçu yığma ilə hazırlıq keçsə də, heç bir matçda şans qazanmayıb. De Byazinin güvənmədiyi futbolçular Aydın Bayramov, Emin Mahmudov, Mehdi Cənnətov, Mert Çelik və Ömər Buludovdur.

İtaliyalı 7 qarşılaşmada 32 oyunçuya şans verib. Onlardan ikisi – Rahil Məmmədovla Musa Qurbanlı yalnız yoxlama matçında meydana çıxıb və Millətlər Liqasının 30 iştirakçısı arasında yer almayıb.

De Byazinin rəhbərliyi altında 10 futbolçu Azərbaycan millisində debüt edib. Onun debüt şansı verdiyi oyunçular aşağıdakılardır: Azər Salahlı, Rəhim Sadıxov, Elvin Bədəlov, Amin Seydiyev, Şahrudin Məhəmmədliyev, İsmayıl İbrahimli, Əli Qurbani, Xəyal Nəcəfov, Şəhriyar Əliyev və Musa Qurbanlı.

İtaliyalı heç vaxt millidə oynamayan daha 5 nəfərə də dəvət göndərib. Onlardan üçü - Aydın Bayramov, Mehdi Cənnətov, Mert Çelik hazırlıqlarda iştirak edib. Əmir Ağayev millinin düşərgəsinə gəlməyibsə, Ozan Can Kökçü ehtiyat heyətdə yer alıb (apasport.az).

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Anton Krivotsyuk

6

540

0

3

0

Qara Qarayev

6

510

0

1

0

Bədavi Hüseynov

6

448

0

3

0

Ramil Şeydayev

6

394

1

0

0

Azər Salahlı

5

372

0

1

0

Maksim Medvedev

5

360

1

1

0

Abbas Hüseynov

5

331

0

1

0

Elvin Camalov

5

329

0

1

0

Rəhim Sadıxov

5

257

0

0

0

Emil Balayev

4

360

-4

0

0

Bəhlul Mustafazadə

4

341

0

0

0

Elvin Bədəlov

4

292

0

0

0

Mahir Mədətov

4

255

0

1

1

Amin Seydiyev

4

247

0

2

0

Vüqar Mustafayev

4

201

0

1

0

Namiq Ələsgərov

4

194

0

1

0

Şahrudin Məhəmmədliyev

3

270

0

1

0

İsmayıl İbrahimli

3

232

0

0

0

Tellur Mütəllimov

3

221

0

0

0

Təmkin Xəlilzadə

3

198

0

1

0

Coşqun Diniyev

3

94

0

1

0

Əli Qurbani

2

69

0

0

0

Vüsal İsgəndərli

2

57

0

0

0

Rəhman Hacıyev

2

49

0

0

0

Araz Abdullayev

2

38

0

0

0

Xəyal Nəcəfov

2

14

0

0

0

Şəhriyar Əliyev

1

47

0

0

0

Rahil Məmmədov

1

45

0

0

0

Musa Qurbanlı

1

35

0

0

0

Renat Dadaşov

1

32

0

0

0

Adil Nağıyev

1

23

0

1

0

Mirabdulla Abbasov

1

10

0

0

0

Digər Xəbərlər
Xəbər Lenti