Tanınmış məşqçi Premyer Liqa klublarını günahlandırdı

19 Noyabr 2020 22:20 Milli komanda 907
Tanınmış məşqçi Premyer Liqa klublarını günahlandırdı

"Əsas odur millimiz oyunlara kimlərlə hazırlaşır və necə hazırlaşır.

Müəyyən futbolçular var ki, bəlli vaxta çatanda əvəzlənir. Amma indi millidə gəncləşdirmə sözü olmamalıdır.

Yaşından asılı olmayaraq millidə oynamaq gücünü kim qarşılayırsa o əlbəttə dəvət almalıdır. Məsələn, bu yaxınlarda Makedoniya millisinin üzvü olan 37 yaşlı Qoran Pandev Gürcüstanla oyunda vacib qələbəni gətirən qolu vurdu.

Görünür, De Byazi get-gedə gənclərə üstünlük verməklə hazırkı Millətlər Liqasında öz komandasını qurmağa çalışdı. Ki, qarşıdan gələn dünya çempionatının seçmə mərhələsinə hazır olsun. Sevindirici hal odur ki, biz top buraxmırıq. Bu vacib amildi".

Bu fikirləri Sportinfo.az-a Azərbaycan millisinin Millətlər Liqasındakı çıxışını dəyərləndirərkən Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Mircavadov əsas problemin orta xətlə hücum arasında əlaqənin olmamasında gördüyünü bildirib: "Problem həmişə olacaq. Çünki oyunçular klublardan gəlir.

Ordada bəziləri az oynayır, bəziləri heç oynamır. Tək millidə yox, klublarda da yaradıcı orta xətt problemi var. "Qarabağ"ı çıxmaq şərtilə. Onlarda da xorvatiyalı Ozobiç hər şeyi nizamlayır.

Milli komandada orta xətlə hücumu birləşdirmək problemi var. İngilislərin bir sözü var - "göstər mənə orta xəttini, deyim necə komandasan". Bu əsas amillərdi. Hanı indi bizim Vidadimiz, Mahmudumuz, Zaurumuz? İndi belə futbolçularımız yoxdur.

İndi bizdə əksər futbolçular orta xəttə dağıdıcıdır. Quruculuq qabiliyyəti lazımdır. Dünən məni daha çox Qara Qarayev sevindirdi. Bir-iki yaxşı zərbə vurdu. Klublarda bunları eləmirlər. Bütün işləri klublarla əlaqələndirmək lazımdır. İnkişaf klublardan başlamalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!