AFFA üç 0:0-a görə milliyə "bir ətək" pul ayırdı

19 Noyabr 2020 16:00 Milli komanda 1 374
AFFA üç 0:0-a görə milliyə "bir ətək" pul ayırdı

Azərbaycan yığmasının futbolçularının noyabr ayı üzrə qazancı məlum olub.

Sportinfo.az-ın məlumatına görə, AFFA əsas heyət üzvlərinin hər birinə 45000 manata yaxın vəsait ödəyəcək.

Bunun 30 mini Monteneqro və Lüksemburq ilə Millətlər Liqasının son 2 oyunun payına düşür.

Federasiya C Liqasının 1-ci qrupunda hər iki qarşılaşmanı qolsuz bitirən və əvəzində 2 xal qazanan, bununla belə, qarşısına qoyulan məqsədə çata bilməyən komandaya bu qədər mükafat ödəməyi özünə sığışdırıb.

Daha 10 min manat isə Sloveniya ilə keçirilən yoldaşlıq görüşündə qeydə alınan hesaba görədir (0:0).

Yerdə qalan vəsaitə gəlincə, bu, oyunçuların millinin düşərgəsində olduqqları hər günə görə hesablanan qonorardır.

Digər Xəbərlər
Xəbər Lenti