Azərbaycan 5-ci səbətdə - DÇ-2022-də "qutular"ın tərkibi

19 Noyabr 2020 12:40 Milli komanda 754
Azərbaycan 5-ci səbətdə - DÇ-2022-də "qutular"ın tərkibi

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin ilkin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, dekabrın 7-dəki püşkatmada komandalar 6 səbətə bölünəcək.

Bunların beşində 10, birində 5 yığma yer alacaq. Bu səbətlər noyabrın 26-da açıqlanacaq FİFA reytinqinə əsasən bəlli rəsmiləşəcək. Lakin artıq indidən reytinqlə bağlı təxminlərə əsasən səbətlər məlumdur.

Azərbaycan yığması 5-ci səbətdədir. Püşk komandaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək.

DÇ-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, Xorvatiya, İtaliya, Almaniya, Danimarka, Niderland

2-ci səbət: İsveçrə, Polşa, İsveç, Uels, Ukrayna, Avstriya, Slovakiya, Serbiya, Türkiyə, Rumıniya

3-cü səbət: Rusiya, İrlandiya, Şimali İrlandiya, Norveç, Macarıstan, İslandiya, Şotlandiya, Çexiya, Finlandiya, Yunanıstan

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Gürcüstan, İsrail, Belarus, Lüksemburq

5-ci səbət: Kipr, Ermənistan, Farer Adaları, Estoniya, Azərbaycan, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra

6-cı səbət: Moldova, Malta, Lixtenşteyn, Cəbəllütariq, San Marino

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"