"NARAZIYAM" BƏHANƏSİ

19 Noyabr 2020 16:40 Milli komanda 609
"NARAZIYAM" BƏHANƏSİ

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda mübarizəyə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi tsikli 5-ci pillədə bitirib.

Milan Obradoviçin yetirmələri yalnız Lixtenşteyni qabaqlaya bilib. Müxtəlif ölkələrdən cəlb olunan legioner hesabına toplanan komanda "cırtdanlar"ı arxada qoymaqdan başqa heç nə ilə fərqlənməyib. Qrupda ilk iki yeri tutan Fransa və İsveçrə final mərhələsinə vəsiqə qazanıb.

Yığmamızın serbiyalı baş məşqçisi isə hələ də İsveçrəyə səfərdəki məğlubiyyəti (1:2) yadından çıxarmır:

"Nəticədən narazıyam, çünki son dəqiqələrdə buraxdığımız qolla məğlub olduq. Komandanın çıxışına gəlincə, düşünürəm ki, futbolçular meydanda əllərindən gələni etdilər.

Komanda şəklində mübarizə aparıb təhlükəli hücumlar qura bilirdik. Qoldan sonra daha 2 dəfə fərqlənmək üçün yaxşı şansımız oldu. İlk hissədə həm meydanın özümüzə aid hissəsində, həm də mərkəzində yaxşı müdafiə olunurduq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!