Azərbaycan yığmasının yeri budurmu? – RƏZALƏT!

19 Noyabr 2020 10:40 Milli komanda 806
Azərbaycan yığmasının yeri budurmu? – RƏZALƏT!

Dünən Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının ümumi sıralamadakı yeri artıq müəyyənləşib.

C liqasının 1-ci qrupunda 3-cü yeri tutan Canni de Byazinin komandası Millətlər Liqasını 43-cü pillədə başa vurub.

Millimiz bu liqada çıxış edən 16 komandadan yalnız 5-ni qabaqlamağı bacarıb ki, onlardan 4-ü qrup sonuncuları, biri isə 3-cü qrupda 3-cü yeri tutacaq kollektivdir.

Qrup mərhələsində 6 xal toplayan Azərbaycan öz liqasında yalnız Kipr, Estoniya, Kosovo, Moldova və Qazaxıstandan güclü olub.

Digər Xəbərlər
Xəbər Lenti