Azərbaycan yığmasında daha neçə nəfər virusa yoluxub?

18 Noyabr 2020 16:00 Milli komanda 673
Azərbaycan yığmasında daha neçə nəfər virusa yoluxub?

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıda bilməyib.

Koronavirusa yoluxmuş milli üzvləri - Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalıb. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.

Komandanın baş məşqçisi Canni De Byazi isə ölkəsi İtaliyaya yollanıb.

Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə matçdan (0:0) öncə infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun son matçından əvvəl müsbət nəticə verib.

Azərbaycan yığması səfərə 29 futbolçu ilə çıxmışdı. Redaksiyamıza daxil olan məlumata görə, əslində, qafilədə yer alanlar arasında xəstəlik simptomu tapılanların sayı daha çoxdur.

Bu, yalnız futbolçulara aid deyil. Onların Bakıda bir daha həkim qəbuluna yazılması nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı