DEBÜT DRAMI - Ayağının tozuyla penaltiyə səbəb oldu

18 Noyabr 2020 19:20 Milli komanda 856
DEBÜT DRAMI - Ayağının tozuyla penaltiyə səbəb oldu

Millətlər Liqasının qrup mərhələsində VI turunun Lüksemburqla oyun daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, matçın ilk yarısında zədələnən Bədavi Hüseynovun əvəzinə Şəhriyar Əliyev meydana çıxıb.

Bu, onun millidə ilk oyunudur. "Keşlə"nin üzvü yığmanın tarixinə 246-cı futbolçu kimi düşüb. Ona qədər əvvəlki 262 qarşılaşmada 245 oyunçu şans qazanıb.

Şəhriyar meydana daxil olan kimi ilk epizodların birində rəqibə penalti qazandırıb. Lakin qapıçımız Şahruddin Məhəmmədliyev zərbəni dəff edərək lüksemburqluların fərqlənməsinə mane olub.

Digər Xəbərlər
Xəbər Lenti