Azərbaycan futbolunu XƏCALƏTdən xilas etdi - ONLAR

18 Noyabr 2020 11:20 Milli komanda 913
Azərbaycan futbolunu XƏCALƏTdən xilas etdi - ONLAR

Dünən Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Millətlər Liqasının qrup mərhələsinin VI turunda Lüksemburqla qarşılaşıb.

İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu yığmanın səfər qarşılaşması C liqasının 1-ci qrupunda çıxışını başa vurub.

Bu, milimizin ardıcıl 4-cü qolsuz heç-heçəsi olub. Millətlər Liqasında Kipr və Monteneqro, yoxlama oyununda Sloveniya ilə qolsuz heç-heçə edən yığma qol həsrətini də 5-ə çatdırıb. 0:0 hesabı ilə başa çatan dörd görüşdən əvvəl də komandamız Monteneqroya uduzub – 0:2.

Bununla da yığma turniri 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə bitirib. 6 xala malik komandamız 3-cü yeri tutub ki, buna görə də yığma Monteneqroya minnətdar olmalıdır.

Qrupun digər oyununda Monteneqro Kipri darmadağın edib. Bu, balkanlıların qrupda 1-ci yeri tutaraq B liqasına yüksəlməsi üçün yetərli olub.

Kipr isə qrup sonuncusu kimi C liqasında qalmaq uğrunda pley-off oynamalı olacaq. Azərbaycan millisi Kiprin qələbə qazana bilməməsi sayəsində C liqasında yerini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti