Azərbaycan futbolu böyümür – Cırtdandır ki cırtdan…

18 Noyabr 2020 09:20 Milli komanda 550
Azərbaycan futbolu böyümür – Cırtdandır ki cırtdan…

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda bir matç baş tutub.

Slovakiya yığması öz meydanında Lixtenşteyni qəbul edib. Meydan sahibləri darmadağınla qalib gəlib – 6:0

Bu, qrupda son görüş olub. Bununla da 2-ci qrupda mübarizə yekunlaşıb və yığmaların mövqeyi bəlli olub.

Daim seçmə mərhələni son sıralardan birində başa vuran Azərbaycan yığması tsikli 5-ci pillədə bitirib. Milan Obradoviçin yetirmələri yalnız Lixtenşteyni qabaqlaya bilib.

Müxtəlif ölkələrdən cəlb olunan legioner hesabına toplanan komanda cırtdanları arxada qoymaqdan başqa heç nə ilə fərqlənməyib.

Qrupda ilk iki yeri tutan Fransa və İsveçrə final mərhələsinə vəsiqə qazanıb.

1

Fransa

10

9

0

1

32-10

27

2

İsveçrə

10

9

0

1

26-8

27

3

Gürcüstan

10

5

0

5

17-14

15

4

Slovakiya

10

4

0

6

22-21

12

5

Azərbaycan

10

2

0

8

6-18

6

6

Lixtenşteyn

10

1

0

9

3-35

3

Digər Xəbərlər
Xəbər Lenti